Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09 (Last updated: 18 Noyabr 2026 - 22:09)
ekrem im

Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında keçirilən qurultayında yol verildiyi iddia olunan qanun pozuntuları ilə bağlı iş üzrə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə, həmçinin onun siyasi hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul edib.

Azpost.info bildirir ki, bu barədə TRT Haber məlumat yayıb.

İş üzrə İmamoğlu da daxil olmaqla, ümumilikdə 9 nəfər məhkum edilib. Daha 3 təqsirləndirilən şəxsə bəraət verilib.

İstintaqın iddiasına görə, CHP-nin qurultayı zamanı nümayəndələr partiyanın sədri seçilən Özgür Özəlin lehinə səs verməyə təhrik ediliblər. İttihama əsasən, bəzi nümayəndələrə pul, iş və vəzifələrə namizədlik təklif olunub, ərzaq kartları paylanıb, onlardan doldurulmuş bülletenlərin fotosunu çəkmələri istənilib. Təqsirləndirilən şəxslər isə irəli sürülən ittihamları rədd ediblər.

Həbsindən əvvəl Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas potensial rəqiblərindən biri hesab olunurdu. O, İstanbul bələdiyyəsində ehtimal olunan korrupsiya halları ilə bağlı başqa bir iş üzrə də həbsdədir və bu ittihamları qəbul etmir.

Qeyd edək ki, Türkiyə məhkəmələri daha əvvəl də İmamoğlunun siyasi fəaliyyətinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan qərarlar çıxarıb. Yeni qərar da ittiham hökmü qanuni qüvvəyə minəcəyi təqdirdə onun siyasi fəaliyyətinə məhdudiyyətlərlə nəticələnə bilər.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

Oxşar xəbərlər

putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.