Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29 (Last updated: 19 Noyabr 2026 - 13:29)
muselman

2035-ci ilə qədər dünyada müsəlmanların sayı xristianların sayını üstələyəcək.

Azpostinfo bildirir ki, bu proqnozla Vaşinqtonda yerləşən qeyri-kommersiya analitik mərkəzi “Pew Research Center”in (Pew) mütəxəssisləri çıxış ediblər.

Bu tendensiyanın əsas səbəblərindən biri müsəlman qadınların, bir qayda olaraq, digər böyük dini qrupların nümayəndələri ilə müqayisədə daha çox uşaq dünyaya gətirməsidir. Pew-in məlumatına görə, 2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3,1, hər xristian qadına isə 2,5 uşaq düşüb. Digər dini qruplarda isə bu göstərici orta hesabla 1,6 olub.

Mərkəzin hesablamalarına əsasən, 2020-ci ildə dünyada 2,27 milyard xristian və 2,02 milyard müsəlman yaşayıb. Proqnoza görə, 2035-ci ildə müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq. Mövcud tendensiya davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3,6 milyardı ötəcək, xristianların sayı isə 3 milyarddan bir qədər az olacaq.

Pew-in proqnozuna görə, 2070-ci ilə qədər dünyada hindilərin sayı 1,2 milyarddan 1,4 milyarda, iudaizmin ardıcıllarının sayı isə 14 milyondan 18 milyona yüksələcək. Bununla belə, hər iki qrupun dünya əhalisi arasındakı payı azalacaq. Əksinə, buddizmin tərəfdarlarının sayının həm mütləq, həm də nisbi göstəricilərdə azalacağı gözlənilir. Onların sayı 324 milyondan 235 milyona düşəcək.

Araşdırmada bildirilir ki, özünü heç bir dinə aid etməyən insanların dünya əhalisindəki payı da 24 faizdən 17 faizə enəcək.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

Oxşar xəbərlər

media sura
  • Din

Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

User 17 Noyabr 2026 - 13:50
qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33

xƏBƏR

qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
Azərbaycanda ərzaq məhsullarının qiymətləri artmaqda davam edir. 2026-cı ilin yanvar-oktyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün...
Read more about Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları
2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz muselman
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 19 Noyabr 2026 - 13:22
Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı tramp putin si gorus stol etrafi
  • Dünya

Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı

User 19 Noyabr 2026 - 13:00
Ağrının yaddaş ömrü WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.