Tramp, Putin və Si Cinpinin üçtərəfli görüşündən ilk görüntülər yayımlanıb.
Si Cinpin masanın mərkəzində, Donald Tramp və Vladimir Putin isə onun sağında və solunda əyləşiblər.
Çin lideri hazırda rəsmi protokol çıxışı edir. O, keçmişə əsaslanaraq gələcəyi açmağın zəruriliyindən danışıb. Bildirib ki, qlobal dünyada böyük dövlətlər sabitliyin qorunmasına digər ölkələrlə müqayisədə daha böyük məsuliyyət daşıyırlar. “Dünyanın aparıcı dövlətləri və BMT Təhlükəsizlik Şurasının üzvləri kimi biz bütün dünyanın rifahına töhfə verməliyik”, – deyə Si Cinpin bildirib.
Putin qeyd edib ki, Rusiya, ABŞ və Çini təkcə İkinci Dünya müharibəsinin qalib dövlətləri statusu deyil, həm də beynəlxalq sülhün qorunmasına görə məsuliyyət birləşdirir.
O, beynəlxalq hüquq sisteminin və BMT Nizamnaməsinin qorunub saxlanılması və möhkəmləndirilməsi kimi vəzifələrdən danışıb.
Tramp bildirib ki, əvvəllər dünya liderləri dialoqdan yayınırdılar, lakin indi vəziyyət fərqlidir. Onun sözlərinə görə, sülh vacibdir və bu görüş sayəsində təhlükəsiz şəraitdə birgə yaşamaq üçün yeni yanaşmalar tapmaq imkanı yaranıb.
Tramp xatırladıb ki, danışıqlar masasında əyləşən hər üç dövlət dünyanın ən böyük nüvə silahı arsenalına malik ölkələr sırasındadır.
O, həmçinin nəzarətdən çıxmış qlobalist təşkilatlarla bağlı məsələnin həll edilməsinin vacibliyini vurğulayıb.
