Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
tramp putin si gorus stol etrafi

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.

Kreml bəyannamənin tam mətnini dərc edib.

Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı ildə Şençjendə görüşüblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və ev sahibliyi üçün Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlət başçısı mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər.

Bəyannamədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.

“Üç dövlət bütün ölkələrin rifahı üçün emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyiblər.

Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlət məmurlarının toxunulmazlıqlarına hörmətin fundamental olduğunu qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməsi barədə razılığa gəliblər.

Üç dövlət başçısı nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoqa girəcək”, deyə sənəddə bildirilib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Next: “QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

Oxşar xəbərlər

tramp putin si02
  • Dünya

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb

User 19 Noyabr 2026 - 14:19
tramp putin si gorus stol etrafi
  • Dünya

Tramp, Putin və Si Cinpinin görüşündən ilk açıqlamalar yayıldı

User 19 Noyabr 2026 - 13:00
paşinyan
  • Dünya

Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq

User 19 Noyabr 2026 - 12:28

xƏBƏR

besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər...
Read more about “QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib tramp putin si gorus stol etrafi
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20
Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb tramp putin si02
  • Dünya

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb

User 19 Noyabr 2026 - 14:19
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.