Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib

User 19 Noyabr 2026 - 15:50
Əsas foto (1)

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol” Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) İqlim Dəstəkçisi kimi iştirak edib.

Trendyol COP31-də dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri, fəaliyyət istiqamətlərini və gələcək  hədəflərini təqdim edib. Şirkət həmçinin bütün dəyər zəncirində dayanıqlı böyümənin təmin edilməsi, regionların inkişafında texnologiyanın rolu və iqlim hədəflərinə çatmaqda özəl sektorun töhfəsi kimi məsələləri gündəmə gətirib.

“Rəqəmsallaşma yerli inkişafın hərəkətverici qüvvəsi ola bilər”

COP31 çərçivəsində “Dayanıqlı transformasiya üçün özəl sektorun töhfəsi ilə təşəbbüslərin sürətləndirilməsi: insan kapitalına, innovasiyalara və iqlim dayanıqlılığına investisiya” adlı paneldə iştirak edən Trendyol Qrupunun sədr müavini Sinan Cem Şahin BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə həyata keçirilən “Sabahın kəndləri” layihəsinin regionların inkişafına verdiyi töhfələrdən danışıb: “Trendyol olaraq inanırıq ki, rəqəmsallaşma yerli potensialı yeni iqtisadi imkanlarla birləşdirərək regionların  inkişafına güclü təkan verə bilər. BMT-nin İnkişaf Proqramı (UNDP) ilə 2022-ci ildən həyata keçirdiyimiz “Sabahın kəndləri” layihəsi indiyədək 10 mindən çox insanı əhatə edib. Onlardan təxminən 6 min 500 nəfəri qadınlar və qız uşaqlarıdır. Rəqəmsal mərkəzlərimiz vasitəsilə yerli istehsalçıların, qadınların və gənclərin yeni bacarıqlar əldə etməsinə, sahibkarlıq potensiallarını inkişaf etdirməsinə və daha geniş bazarlara çıxış imkanları qazanmasına dəstək veririk. Məqsədimiz regionlarda yaşamağın daha az imkanlara sahib olmaq anlamına gəlmədiyi, insanların öz bölgələrində dayanıqlı gələcək qura bildiyi bir ekosistemin inkişafına töhfə verməkdir”.

Trendyol dayanıqlılıq hədəflərini 2030 yol xəritəsilə gücləndirdi

Trendyol COP31 çərçivəsində dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri təqdim edib. Şirkət bu sahədəki fəaliyyəti və gələcək hədəflərini dördüncü Dayanıqlılıq Hesabatında  da ətraflı açıqlayıb.

Trendyol 2025-ci ildə logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadəyə keçib. Ofislər də daxil olmaqla, bütün məkanlarında istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpaolunan mənbələrdən təmin edən şirkət bazar əsaslı 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb.

Trendyol 2030-cu ilədək bütün məkanlarında sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadə etməyi, 50 min insanın rəqəmsal və iqtisadi baxımdan güclənməsinə dəstək verməyi, həmçinin 5 min ixtisaslı e-ticarət mütəxəssisi yetişdirməyi hədəfləyir. Şirkət uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatlarında, 2050-ci ilədək isə bütün dəyər zəncirində karbon neytrallığına nail olmağı hədəfləyir.

COP31 müddətində “Trendyol”un stendini ziyarət edən qonaqlar şirkətin dayanıqlılıq sahəsindəki fəaliyyəti və “Sabahın kəndləri” layihəsi haqqında məlumat alıblar.

 

AzPost.az

Post navigation

Previous: Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı
Next: Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

Oxşar xəbərlər

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23

xƏBƏR

TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
Stanislavski deyirdi ki, “teatr asılqandan başlanır“. Teatr həm də aktyorlardan başlanır. Paytaxt teatrlarının yaradıcı kollektivlərində öz ixtisasının...
Read more about Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Əsas foto (1)
  • Media

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib

User 19 Noyabr 2026 - 15:50
Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı trap putin si
  • Dünya

Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı

User 19 Noyabr 2026 - 15:29
“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25
Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib tramp putin si gorus stol etrafi
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.