Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03 (Last updated: 19 Noyabr 2026 - 16:04)
TEATR
Stanislavski deyirdi ki, “teatr asılqandan başlanır“.
Teatr həm də aktyorlardan başlanır.
Paytaxt teatrlarının yaradıcı kollektivlərində öz ixtisasının nəzəri və praktiki bilən aktyorlar var.
Amma rayon teatrlarında bununla bağlı vəziyyət dramatikdir.
Rayon teatrlarının zəif repertuarı və çağdaş trendlərlə ayaqlaşa bilməməsi barədə bir sıra yazıları oxudum.
Rayon teatrlarından böyük uğur gözləyənlər nədənsə bu sənət məbədlərinin peşəkar aktyor baxımından nə qədər əziyyət çəkdiklərini gözardı edirlər.
Mədəniyyət Universitetinin aktyorluq ixtisasını bitirənlər Bakıda qalmaq üçün min yola əl atırlar, amma rayon teatrına getmək istəmirlər.
Niyə?
Yəqin paytaxtın parıltlı həyatında pespektiv və karyeraya ümid edirlər. Necə deyərlər “Paytaxtda beşinci olmaq, əyalətdə birinci olmaqdan yaxşıdır” prinsipi…
Amma…axı bütövlükdə teatr və mədəniyyətimiz uduzur.
Sovet dövründə Azərbaycan teatrında Şəki, Lənkəran, Ağdam və digər dram teatrlarının gözəl təcrübələri var idi.
Lənkəran Dövlət Dram Teatrının “Nikbin faciə”, “Ölülər” və digər tamaşaları televizyanın “Qızıl Fondu”na düşmüşdü…
Çünki bu teatrlarda aktyor heyəti güclü idi…
Şəki teatrında Vaqif Abbasov, Lənkəranda Baba Rzayev və digərləri səhnədə peşəkar aktyor heyəti formalaşdırmışdılar.
İncəsənət Universitetini bitirənlər təyinatla rayon teatrlarına göndərilirdi.
Baza yaranırdı.
Amma bu sistem ləğv ediləndən sonra rayon teatrları həvəskar və istedadlı uşaqların çiyinində qalıb.
Bu gün də həmin teatrlarda aparıcı xətt sovet dövründə formalaşmış peşəkar aktyorların üzərindədir.
Mən Lənkəran Dövlət Dram Teatrının aktyor heyəti ilə tanış oldum. Çox istedadlı gənclər var. Amma…onların əksəriyyəti ixtisası üzrə ali təhlsil almayıb, oxumayıblar. Ən müxtəlif sahələr üzrə oxuyan bu istedadlı gənclərin içindəki aktyorluq həvəsi onları teatra gətirib.
Axı nəzəri biliklər, məşhur teatr rejissorlarının və pedaqoqlarının rəhbərliyi altında bu ixtisasın incəliklərini öyrənmək də mühümdür.
Mədəniyyət Nazirliyi ali təhsilli aktyorları rayonlara işləməyə göndərə bilmir, yerlərdə isə həvəskarlar öz istedadları ilə bu işi aparır.
Bunun bir yolu tapılmalıdır.
Həmin həvəskar və istedadlı gəncləri Mədəniyyət Universiteti ya öz siniflərinə qəbul etməlidir, ya da nazirlik onların aktyor təhsili alması üçün bir “yol xəritəsi” qurmalıdır.
Məncə, bu, rayonlarda teatr səhnələrində peşəkar aktyor heyətinin formalaşmasına böyük kömək edə bilər.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Post navigation

Previous: Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib
Next: FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

Oxşar xəbərlər

WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42

xƏBƏR

fifa kubok
  • İdman

FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

User 19 Noyabr 2026 - 16:23
Beynəlxalq Futbol Federasiyası (FIFA) təşkilatın yeni prezident vəzifəsinə üç namizədin adını açıqlayıb. Yekun namizədlər siyahısına FIFA-nın hazırkı...
Read more about FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?
Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir? TEATR
  • Mədəniyyət

Gənc aktyorlar niyə rayon teatrlarında işləməyə getmir?

User 19 Noyabr 2026 - 16:03
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Əsas foto (1)
  • Media

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib

User 19 Noyabr 2026 - 15:50
Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı trap putin si
  • Dünya

Kreml Putin-Si Cinpin-Tramp görüşünün bəzi təfərrüatlarını açıqladı

User 19 Noyabr 2026 - 15:29
“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.