Ukrayna Avropa Komissiyasından təxminən 8 milyard avro maliyyə yardımı alıb.
Bu, Avropa Komissiyasının indiyədək ölkəyə ayırdığı ən böyük maliyyə ödənişidir.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Rusiya təcavüzünə qarşı hər gün müdafiə olunmaqla yanaşı, islahatları da davam etdirir. Avropa Komissiyasının rəhbəri bildirib ki, ölkədə aparılan islahatlar konkret nəticələr və üstünlüklər verir.
“Bu, islahatların həyata keçirilməsində real irəliləyişin real nəticələr və faydalar gətirdiyini açıq şəkildə göstərir”, – deyə fon der Lyayen vurğulayıb.
O, həmçinin Avropa İttifaqının Ukraynanın Avropaya inteqrasiya yolunda irəlilədiyi müddətdə ona dəstəyini davam etdirəcəyini bildirib.
