Azərbaycan millisinin voleybolçuları karantinə alınıb

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

Apasport.az saytının məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

Qeyd edək ki, Marqatira Əzizova “Radomka” (Polşa), Yekaterina Jidkova “Sarıyer Bələdiyəsi” (Türkiyə), Yulia Kərimova isə “Makkabi”də (Hayfa, İsrail) çıxış edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir