Almaniya iqtisadiyyatı son 50 ilin ən boyük resessiyası ilə üzləşə bilər

Almaniya iqtisadiyyatı 2020-ci ilin II rübündə 9,8% kiçilə bilər və bu 1970-ci ildən bəri ən böyük kiçilmədir.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu (IFO) bu proqnozu  COVİD-19 pandemiyasının yaratdığı iqtisadi problemlərin fonunda verib. İFO-nun mütəxəssislərinin fikrincə, vəziyyət belə davam edərsə tənəzzül daha dərin olacaq və ondan sonra gələn bərpa prosesinin sürəti ləng olacaq.  Bundan əlavə, Almaniya hökuməti üçün müəssisələrin iflas etməməsinin qarşısını almaq daha da çətinləşəcək.

Qeyd edək ki, ilkin hesablamalara görə, ölkənin iqtisadiyyatı bu ilin I rübündə 1,9% kiçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə təqdim edəcək

Sonrakı məqalə

Ünvanlı yardım alan ailələrin sayı artıb