Gürcüstanda virusla bağlı bəzi qadağalar ləğv edilib

gurcustan-bayraq

Bu gündən Gürcüstanın paytaxtı Tbilisiyə avtomobillə giriş-çıxışa qoyulan qadağa götürülüb. 

Bu gündən həmçinin, paytaxta bütün istiqamətlərdən sərbəst səyahət etmək mümkündür.

Bundan başqa, Gürcüstanda bütün növ istehsal müəssisələri, küçədən ayrıca girişi olan hər cür pərakəndə və topdansatış mağazaları fəaliyyətlərini bərpa edib. İstisna yalnız geyim və ayaqqabı mağazalarına edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir