“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni imici ilə diqqət çəkib.
Qol.az xəbər verir ki, o, saçlarını komanda yoldaşı Xuan Kuadradonunkuna bənzətmək üçün onları burub.
Yeni imicdə “İnstaqram” hesabından şəkil paylaşan portuqaliyalı hücumçu izləyicilərinə sual olaraq yazıb: “Qardaşım kimi görünmək cəhdim barədə nə düşünürsünüz?”.