Olimpiada qalibləri bu ixtisaslara müsabiqədənkənar qəbul olunacaqlar

Respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi yeni ixtisaslar müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.

Riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, meliorasiya mühəndisliyi, metallurgiya mühəndisliyi və sənaye mühəndisliyi, fizika fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına mühəndis fizikası əlavə olunub.  Kimya fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına isə kimya mühəndisliyi, şərabçılıq və torpaqşünaslıq və aqrokimya daxil edilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir