Beyrutda partlayış nəticəsində ölkənin əsas taxıl anbarı tam məhv olub

Beyrutda limanında baş verən partlayış nəticəsində ölkənin əsas taxıl anbarı içindəki taxılla birlikdə tam məhv olub.

 “Deutsche Welle”in verdiyi xəbərə görə, bu barədə Livanın İqtisadiyyat naziri Raul Nehme bildirib.

Nazir qeyd edib ki, 6 milyon əhalisi olan ölkənin yalnız bir aylıq taxıl ehtiyatı qalıb və ölkədə qida təhlükəsizliyini təmin etmək üçün ölkəyə ən azı 3 aylıq taxıl ehtiyatı lazımdır. 

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. Ölkəyə idxal üçün əsas giriş limanı tamamilə dağılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sel nəticəsində Şamaxıda antik dövrə aid nekropol üzə çıxıb –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 193 nəfər koronavirusa yoluxub –