Belarusda hazırda davam edən etiraz aksiyasında bir nəfər həlak olub.
Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb. Rəsmi versiyaya görə, aksiya iştirakçısının əlində partlayıcı vasitə partlayıb.
Minskdə və digər şəhərlərdə etirazlar davam edir. Polis iştirakçıları dağıtmağa çalışır. Aksiyaçılara qarşı dəyənək, səs bombalarından və rezin güllələrdən istifadə olunur. Onlarla adam saxlanılıb. “Puşkin” metro stansiyası yaxınlığında minlərlə adam toplaşıb. Yollar bağlanıb.