Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilib

Rusiyada MDB, Şanxay Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatlarına üzv olan ölkələrin müdafiə nazirlərinin birgə iclası keçirilib.

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 12 ölkənin müdafiə naziri iştirak edib.

Bundan başqa birgə iclasda MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.

İclası giriş sözü ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıb. Daha sonra Nikolay Lebedev və Stanislav Zas çıxış ediblər.

Tədbir işini mətbuatın iştirakı oladan davam etdirib. (APA)

İclasda müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tədbirin yekunu ilə bağlı kommunike imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Taksiyə imkanı olan adamlar minməlidir” deyən şöbə müdiri işdən çıxarıldı –

Sonrakı məqalə

Rusiyadan Azərbaycana təxliyə olunmuş 33 vətəndaşımızda COVİD-19 aşkar olunub –