İnsan Hüquqları üzrə İşçi Qrupu Tofiq Yaqublunun azad edilməsi üçün hökumətlə danışıqlar aparır

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Musavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqlar aparır.

Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov bildirib.

“İşçi Qrupunun üzvləri Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər. Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaqdır” – deyə o qeyd edib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir