SSRİ-nin məşhur kino və teatr aktrisası Alisa Freyndlix koronavirusa yoluxub.
Azpost.info bildirir ki, bu barədə aktrisanın çalışdığı Böyük Dram Teatrından bildiriblər. 86 yaşlı aktrisa Sankt-Peterburqdakı xəstəxanaya yerləşdirilib.
“Alisa Brunovna Freyndlix pnevmoniya və COVİD diaqnozu ilə bir neçə gün əvvəl təcili xəstəxanaya aparılıb. Onun yaşını nəzərə alsaq bu narahedicidir”-deyə teatrdan bildiriblər.