Prezident İlham Əliyev “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Fərmana əsasən, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 100 manatdan 130 manata qaldırılıb.