ABŞ hakimiyyəti 2021-ci ilin əvvələrində bütün amerikalıları koronavirusa qarşı peyvəndlə təmin edəcək. Bundan sonra dünyanın digər dövlətlərinə amerikan vaksininin böyük həcmdə daşınması başlanacaq.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp yeni il müraciətində bildirib.
“Bu ilin əvvəlinə qədər vaksin hər bir amerikalı üçün əlçatan olacaq. Bundan sonra bütün dünyaya yayılacaq”-deyə Tramp bildirib.
Hazırda ABŞ-da ekstren qaydada istifadə üçün Pfizer и BioNTech peyvəndindən istifadəyə icazə verilib.
ABŞ dünyada COVİD-19-a yoluxmaya görə birinci yeri tutur. Pandemiya dövründə 19 miyon amerikalı bu virusa yoluxub, onlardan 340 mini vəfat edib.