İki gün əvvəl Bakıda itkin düşən 12 yaşlı qız tapıldı
Bakıda itkin düşən 12 yaşlı Ləman Şahbazova tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, L. Şahbazova ailəsinə təhvil verilib.
Qeyd edək ki, L. Şahbazova yanvarın 4-də Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.(APA)
