YAP-ın qurultayının partiyanın qərargahında keçiriləcəyi gözlənilir –Məhdud sayda olacaq nümayəndələr bu gün testdən keçirilir

Martın 5-nə təyin olunmuş Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının partiyanın mərkəzi qərargahında keçiriləcəyi gözlənilir.

Azpost.info bildirir ki, bu barədə Etikxeber.az-a adının çəkilməsini istəməyən tanınmış YAP-çılardan biri deyib.

“Ölkədə koronavirus pandemiyası hələ də davam edir. Böyük zallarda qurultayın keçirilməsi heç bir halda ehtimalolunan deyil. Bu baxımdan, mümkündür ki, qurultay elə məhdud sayda iştirakçılarla partiyanın mərkəzi qərargahında keçirilsin. Ancaq təbii ki, bu, mənim şəxsi mülahizələrim, ehtimallarımdır. Qərar bütün hallarda YAP rəhbərliyinindir”-deyə, o, əlavə edib.

Məlumata görə, qurultay iştirakçıları YAP-ın mərkəzi qərargahına dəvət ediliblər və bu gün onlardan COVİD-19-la bağlı analizlər, müayinlər götürüləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir