Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Cavid Hüseynovun isədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı aprelin 1-ə təyin edilib.
Qeyd edək ki, A. Qurbanov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.