Naxçıvanda tələbə yataqxanalarının aylıq məbləği müəyyənləşib

naxcivan

Naxçıvan Muxtar Respublikasının  Nazirlər Kabineti “Yataqxanalarda yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği”nin təsdiq edilməsi barədə qərar qəbul edib.

Qərar Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təklifləri nəzərə alaraq qəbul olunub.

Qərara əsasən, tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:

– Naxçıvan Dövlət Universitetinin Tələbə Evi – 80 manat

-“Naxçıvan” Universitetinin tələbə yataqxanası – 100 manat

– Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanası – 150 manat.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir