Facebook İranın Press TV kanalının səhifəsini həmişəlik bağlayıb

“Facebook” şirkəti İranın ingilisdilli Press TV televiziya kanalının akkauntunu birdəfəlik bağlayıb.

Bu barədə şirkətin mətbuat xidməti xüsusi bildiriş yayıb. Bildirişdə deyilir ki, televiziya kanalı “Facebook” sosial şəbəkəsinin prinsiplərinə zidd işlər görür. Lakin bu işlərin nədən ibarət olması haqqında heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Press TV-nin “Facebook” səhifəsi bir neçə dəfə müvəqqəti olaraq bağlanıb. Lakin “Facebook” şirkəti bu dəfə kanalın səhifəsini birdəfəlik bağlamaq qərarına gəlib.

Kanalın rəhbərliyi heç bir prinsipin pozulmadığını, səhifənin bağlanmasının siyasi xarakter daşıdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda tələbə yataqxanalarının aylıq məbləği müəyyənləşib

Sonrakı məqalə

Ötən sutka ərzində dünyada 612 min nəfər koronavirusa yoluxub –