“Əllərində hərbi hissənin nömrəsi olan insanlara veteran adı verilmir” –Deputat

“Bu gün dövlətimiz şəhid ailələri, qazilərin problemlərin həllinə çox böyük həssaslıqla yanaşır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, tarixi qələbə qazandığımız Vətən müharibəsindən sonra şəhid ailələri, müharibədə yaralanmış qazilərimizə verilən pulda böyük artım oldu: “Ancaq müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasının mümkünlüyü müzakirə edilməlidir”.

Deputat Aqil Abbas bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə evini satıb könüllü gələn insanlar olub: “Onların bəziləri şəhid, bəziləri qazi olub. Əllərində avtomatın nömrəsi, hərbi hissənin nömrəsi olan insanlara veteran adı verilmir. Onlar bunu veteran puluna görə yox, müharibədə vuruşduqlarını sübut edə bilmək üçün istəyirlər. Nazirlər Kabinetində veteranlarla bağlı komissiya var. Bu komissiya işini gücləndirməlidir”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir