Hindistanda koronavirusa yoluxma üzrə növbəti antirekord qeydə alınıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, son sutkada bu ölkədə 414,1 min nəfər koronavirusa yoluxub.
Ölkə virusa yoluxmaya görə dünyada ikinci yerdədir. İndiyədək Hindistanda 21,4 milyon insan koronavirusa yoluxub, onlardan 17,6 milyondan çoxu sağalıb, 234 min insan isə dünyasını dəyişib.