Çavuşoğlu və Lavrov Antalyada Qarabağı müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyəli həmkarı Mövlud Çavuşoğlu Antalyada görüşəcəklər.

Azpost.info bildirir ki, Lavrov iyunun 30-da Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya gələcək. Bu barədə Rusiyanın XİN mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərin perspektivi və regionun, dünyanın aktual məsələləri müzakirə olunacaq. Antalyada danışıqlar zamanı Dağlıq Qarabağ məsələsi, Yaxın Şərqdə, Əfqanıstanda vəziyyət, Ukraynada və Mərkəzi Asiyada durum diqqət mərkəzində olacaq.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir