Azərbaycanda xarici vətəndaşlar media orqanı təsis edə bilməyəcək

Azərbaycanda xarici ölkə vətəndaşları media orqanı təsis edə bilməyəcək, xarici şirkətlər üçün isə müəyyən məhdudiyyət müəyyənləşir.

Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, media orqanlarının təsisçisi fiziki şəxs olduqda, Azərbaycan vətəndaşı olmalıdır.

Təsisçi hüquqi şəxs olduqda isə həmin hüquqi şəxsin səhmlərinin 75 faizinin Azərbaycan vətəndaşına, yaxud Azərbaycan vətəndaşlarına məxsus hüquqi şəxsə məxsus olması tələb kimi qoyulur.

Xarici ölkə vətəndaşı və şirkətləri bu halda yalnız 25 faiz səhmə malik ola biləcək.

Qeyd edək ki, 25 faizlik hədd gələcəkdə həmin media orqanının inkişafına xarici sərmayə cəlb edilməsi üçün nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir