“Görüşə razılıq verdiyinizə görə təşəkkür edirəm” –Putin İlham Əliyevlə bayramlaşdı

“Qurban bayramınız mübarək! Görüşə razılıq verdiyinizə görə sizə təşəkkür edirəm. Allaha şükür ki, koronavirusdan sonra əlaqələrimiz bərpa olunur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin prezident İlham Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan iqtisadiyyatında lider yerlərdən birini tutur:

“Hökumətlərarası komissiya fəal şəkildə çalışır. Orada əməkdaşlıq üçün çoxlu istiqamətlər var. Yaxın vaxtlarda biz Bakıya geniş nümayəndə heyəti göndərməyi planlaşdırırıq. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Bura sənaye, nəqliyyat, infrasturktur və digər məsələlər daxildir”.

Putin deyib ki, koronavirusla mübarizədə Azərbaycanla fəal əməkdaşlıq edir: “Biz Azərbaycan ərazisində birgə istehsalın yaradılması ilə bağlı çalışırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir