Dünyada şəkərin qiyməti bahalaşır

Ən böyük istehsalçı olan Braziliyadakı Şəkər Qamışı İstehsalçıları Birliyinin (UNICA) bu həftə açıqlayacağı istehsal hesabatına görə şəkər qamışının qiymətləri  dörd ilin ən yüksək səviyyəsinə yüksəlib.

Bu il quraq havaların ölkədəki istehsala mənfi təsiri səbəbindən şəkər bahalaşır.

Xam şəkərin qiymətləri Nyu Yorkda 3% artaraq 19.02 sentə qalxıb. Bu, 2017-ci ilin mart ayından bəri ən yüksək səviyyədir. Londonda isə şəkərin qiyməti 2.4% artaraq tonu 461.20 dollardan satılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir