Milli Məclisdə medianın və sosial şəbəkələrin durumu müzakirə ediləcək

Milli Məclisdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə keçiriləcək.

Bu parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) və aparatın, həmçinin Medianın İnkişaf Agentliyinin (MEDİA) iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir