Paytaxtın Bülbül prospektində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib. AzPost xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, 77-AA-903 dövlət nömrə nişanlı "Bentley" markalı avtomobilin sürücüsü velosiped zolağı ilə hərəkət edir. Qeyd edək ki, bu qaydanı pozan sürücülər 100 manat məbləğində cərimə olunur. AzPost.az