Abramoviç İsrailin ən bahalı villasını aldı –FOTO

Milyarder Roman Abramoviç İsrailin ən bahalı villasını alıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, dəyəri 65 milyon dollar olan malikanə paytaxt Tel-Əvivdən 15 kilometr şimalda yerləşən Herzliya-Pituax şəhərindədir. 0,9 hektar sahədə yerləşən villanı Abramoviç hələ 2019-cu ilin əvvəlində kirayəyə götürmüş və həmin obyektin daha sonra şəxsi daşınmaz əmlaka çevrilməsi ilə bağlı sənəd imzalanmışdı. Dəbdəbəli villa milyarder Alan Qovardın olub.

“Globes” nəşri qeyd edir ki, 2018-ci ildə İsrail vətəndaşlığını qəbul edən Abramoviçin orada əldə etdiyi ilk daşınmaz əmlakı tarixi Neve-Tsedek rayonunda 25 milyon dollara aldığı “Varsano” otel-butikdir və ona bitişik 1500 kvadrat metr ərazidə yerləşən sahədir. Milyarderin orada şəhər-villa salmaq niyyətində olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həkimlər Corc Floydun ölüm səbəbini açıqladılar

Sonrakı məqalə

Dünya xalqları ABŞ-dakı nümayişlərə dəstək verir