Dünya xalqları ABŞ-dakı nümayişlərə dəstək verir

Yeni Zelandiyada minlərlə insan ABŞ nümayişlərinə dəstək məqsədi ilə aksiya keçirib. Oukland şəhərində nümayişçilər ABŞ konsulluğu qarşısında “qaradərililərin həyatı mühümdür” və “ədalət yox, sülh yoxdur” şüarları səsləndirib.

Bazar ertəsi Britaniya, Braziliya, Kanada və digər şəhərlərdə də dəstək aksiyaları keçirilib.

Londonun mərkəzində minlərlə insan ABŞ-da polis tərəfindən saxlanılarkən həyatını itirən Floydun ölümünə etirazını bildirən amerikalıları dəstəkləyib.

Danimarkada ABŞ səfirliyi qarşısında yürüş keçirilib. Nümayişçilər “qaradərililərin öldürülməsinə son qoyulsun”, Almaniyada isə “polislər cavabdeh olmalıdır” və “polis öldürdükdə kimə zəng etməli?” kimi şüarlar səsləndirilib.

Avtoritar hökumətlərin rəsmiləri polisin əməllərini tənqid edib. Dövlət nəzarətində olan KİV-lər isə nümayişləri ABŞ hökumətinin Çinin Honq Konqda demokratiya tərəfdarlarına qarşı davranışı kimi başqa ölkələrdə etirazçılara qarşı repressiyaları tənqid etməsi kontekstində işıqlandırıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zai Lijan Amerikadakı qarşıdurmaların polisin qəddarlığı və Amerikadakı iqrçiliyi nümayiş etdirdiyini deyib.

Çinin Kommunist Partiyasının Global Times qəzeti yazıb ki, ABŞ rəsmiləri indi nümayişlərə öz pəncərələrindən baxır. Qəzetin baş redaktoru Hu Tsijin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və ABŞ dövlət katibi Mayk Pompeoya `sizin Honq Konq qiyamçılarını dəstəklədiyiniz kimi Pekin də ABŞ-dakı nümayişləri dəstəkləməlidirmi?` sualı ilə müraciət edib.

Öz xalqına qarşı son illər amansız davranış sərgiləyən İranda isə ABŞ-dakı etirazlar televiziya ilə nümayiş etdirilib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ rəsmilərini öz xalqına qarşı zorakılıqları dayandırmağa, insanların “nəfəs almasına” imkan verməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abramoviç İsrailin ən bahalı villasını aldı –

Sonrakı məqalə

İsraildə daha 98 nəfərdə COVID-19 virusu aşkar olunub