Abramoviç İstanbulda 18 milyon dollara malikanə alıb –Türkiyəyə köçüb

Avropa İttifaqının sanksiyalarına məruz qalan rusiyalı iş adamı Roman Abramoviç İstanbulda 18 milyon dollara malikanə alıb.

Azpost.info bildirir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.  Evin ətrafına hündür divarlar çəkilməyə və helikopter meydançası tikilməyə başlanıb.

“Rusiyalı oliqarx Roman Abramoviç Kandilli Vaniköydə (İstanbulun ən prestijli ərazisi) malikanə alıb. Evi 18 milyon dollara alan Abramoviç orada helikopter meydançası tikmək istəyir”, – deyə nəşr yazır.

Qəzet rusiyalı iş adamının sanksiyaların tətbiqindən sonra Londondan İstanbula köçdüyünü qeyd edir: “Məlumdur ki, dünyanın aparıcı milyarderlərindən biri olan Abramoviç uzun müddətdir İstanbulda ev axtarır. Bosfor boğazına pərəstiş edən oliqarx satılan malikanələrə göz dikmişdi”, – qəzet vurğulayır.

Nəşrin məlumatına görə, malikanənin sahəsi 9 min 600 kvadratmetrdir. İki bina şəklində qapalı sahə isə təxminən 2 min kvadratmetrdir.
“Sərvəti təxminən 10 milyard dollar olan Abramoviç təhlükəsizlik və məxfiliyə böyük əhəmiyyət verir. Bu malikanə həm də ona gizlilik verir. Yeri gəlmişkən, evin yerləşdiyi yerdə helikopter meydançası yox idi, lakin lazımi icazələr alınaraq tikintiyə başlanılıb. Evə gedən yollar yenidən qurularkən onun ətrafında qalaya bənzər divarlar çəkilməyə başlanıb. Tamamlandıqdan sonra ABŞ-ın Sarıyeri konsulluğuna bənzəyəcək”, – deyə “Hürriyet” yazır.

`
2022-ci il martın 15-də Aİ Şurası bir sıra rusiyalı iş adamlarına qarşı şəxsi sanksiyalar tətbiq edib. Abramoviçin vəkilləri müvəkkillərinə qarşı bu qərarın ləğvini tələb edirlər. Aİ Ədalət Məhkəməsinin saytında yerləşdirilən sənədlərdən aydın olur ki, müdafiə tərəfi mənəvi ziyana görə kompensasiya kimi bir milyon avronun ödənilməsində israrlıdır.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun yubileyi ilə bağlı təbrik ünvanlayıb

Sonrakı məqalə

“Ukraynanın tam qələbəsi üçün çox uzun vaxt lazımdır”