ABŞ əhalisi azalır- Son 100 ildə ən aşağı artım göstəricisi qeydə alınıb

ABŞ-da əhalinin siyahıya alınması bürosu bu il son yüz il ərzində əhalinin artım tempinin ən aşağı göstəricisini qeydə alıb.

APA xəbər verir ki, bu barədə “Hill” qəzeti qurumun hesabatına istinadən məlumat yayıb.

Siyahıyaalma Bürosundan verilən açıqlamaya görə, son bir ildə ABŞ sakinlərinin sayı təxminən 1,5 milyon nəfər artıb ki, bu da 0,5%-dən də azdır. Beləliklə, 2019-cu ildə amerikalıların sayı 328 milyon nəfər təşkil edib.

Qeyd olunur ki, bu, Birinci Dünya Müharibəsindən bəri ABŞ-da əhali artımının ən aşağı göstəricisidir. Qəzetin yazdığına görə, ölkənin yalnız səkkiz ştatında doğuş nisbəti artmaqda davam edir, 42 ştatda və Kolumbiyanın paytaxt bölgəsində 2019-cu ildə doğuş nisbəti 2018-ci ilə nisbətən aşağı olub. Agentliyin hesabatına görə, ölüm dörd ştatda doğuş nisbətlərini üstələyir: Men, Nyu-Hempşir, Vermont və Qərbi Virciniya.

Bundan əlavə, ABŞ-a beynəlxalq miqrasiyanın azalması da əhali artımının azalmasına təsir edib. 2019-cu ildə ABŞ-a miqrasiya səviyyəsi 595 min nəfərə enib ki, bu, son 10 ildə ən aşağı göstərici olub, 2015-ci ildən 2016-cı ilə qədər bu dövrdə 1 milyon nəfəri keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyevadan Yeni il və Həmrəylik təbriki:

Sonrakı məqalə

Müstəqil Azərbaycanın ilk Milli Məclisi –