Müstəqil Azərbaycanın ilk Milli Məclisi –1995-ci ildəki seçkidə kimlər mandat alıb? (SİYAHI)

2020-ci fevral ayının 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Azpost.info bildirir ki, bu müstəqil Azərbaycanın tarixində beşinci parlament seçkisidir. İlk seçkilər isə 1995-ci ilin noyabrında baş tutub.

Gələn il müstəqil dövlətin ilk Milli Məclisinə keçirilən seçkilərin 25 ili tamam olur. Noyabrda baş tutmuş seçkilər qarışıq sistemlə -majoritar və proporsional qaydada aparılıb.

106 deputat majoritar qaydada seçilib. Onların içində hazırkı dövlət başçısı İlham Əliyev, Anar Məmmədxanov, Sirus Təbrizli, Rəsul Quliyev, Rafael Allahverdiyev, Yusif Səmədoğlu, Eldar Salayev, Polad Bülbüloğlu, Eldar Namazov, Mikayıl Mirzə, Əli Ansuxski, Anar, Maqsud İbrahimbəyov, Bəxtiyar Vahabzadə, Cəlal Əliyev,Ramiz Mehdiyev və digərləri olub.

YAP-ın proporsional siyahısından isə 21 nəfər mandat qazanıb. Partiya siyahısına akademik Ziya Bünyadov başçılıq edib.

Həmin seçkilərdə müxalifət də təmsil olunub. AXCP 3 deputatla (Əli Kərimov, Qulamhüseyn Əliyev,Mirmahmud Fəttayev)  AMİP 3 deputatla (Etibar Məmmədov, Şadman Hüseynov, Nazim İmanov) Müsavat 1 deputatla (Şirzad Əyyubov) Məclisdə yer alıb.

Həmin il 20 dairədə təkrar səsvermə, 8 dairədə isə yenidən seçkilər keçirilib.

Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə çoxmandatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının əsas namizədlər siyahısı üzrə seçilmiş Ziya Bünyadov vəfat etdiyinə, Fuad  Quliyev isə Baş Nazir təyin olunduğuna görə, göstərilən siyasi partiyanın əsas namizədlər siyahısında olub, deputat seçilməyən birinci namizəd Əli Əlirzayev və ikinci namizəd Ziyafət Əsgərov sıradan çıxmış deputatların yerlərini tutub.

Müstəqil Azərbaycanın ilk Milli Məclisinin birinci iclası 24 noyabr 1995-ci ildə keçirilib. Həmin iclasda 96 deputat iştirak edib. İclası xalq yazıçısı Anar açıb, Prezident Heydər Əliyev geniş nitqlə çıxış edərək seçkilərin nəticələrini təhlil edib. Dövlət başçısı Milli Məclisə keçirilmiş seçkiləri “tarixi hadisə” adlandırıb.

Daha sonra Milli Məclisin sədri postuna namizəd irəli sürülüb. Deputat Murtuz Ələsgərov YAP adından çıxış edərək Rəsul Quliyevin Milli Məclisin sədri postuna namizədliyini verib. Səs vermə nəticəsində 84 lehinə, 3 nəfər əleyhinə olmaqla Rəsul Quliyev spiker seçilib.

Milli Məclisin 8 dekabr tarixli iclasında isə Türkiyə prezidenti Süleyman Dəmirəl iştirak edib və çıxış edib.

Azpost.info birinci çağırış Milli Məclisin tam tərkibini oxucularına təqdim edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ əhalisi azalır

Sonrakı məqalə

31 dekabr