ABŞ 6 ölkəyə viza məhdudiyyəti qoydu –

ADLAR
02 Fevral 2020 - 15:42

Tramp administrasiyası cümə günü bildirib ki, onlar əlavə altı ölkədən qanuni immiqrasiyanı məhdudlaşdırır. Rəsmilər bu ölkələrin təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib.

Rəsmilər deyib ki, Qırğızıstan, Myanmar, Eritreya, Nigeriya, Sudan və Tanziyadan immiqrantlar ABŞ-a gəlmək üçün bəzi vizaları əldə edərkən məhdudiyyətlərlə üzləşəcəklər. Lakin bu, prezident Trampın daha öncə bəzi müsəlman ölkələrinə tətbiq etdiyi səyahət qadağasından fərqlənir. Tramp həmin qadağanı tətbiq etdiyi zaman ədalətsiz şəkildə müsəlmanları hədəf aldığına görə tənqid olunmuşdu.

Məhdudiyyətlərin fevralın 21-də qüvvəyə minəcəyi gözlənilir.

Bu açıqlama Tramp administrasiyasının immiqrasiyaya qarşı mübarizəsini təbliğ etməyə çalışdığı vaxta təsadüf edib. Bu məsələ 2016-cı ildə tərəfdarlarının ona səs verməsinə səbəb olmuşdu və o, noyabr ayına keçiriləck seçkidə də həmin nəticəyi əldə etmək istəyir. Administrasiya bu yaxınlarda doğum turizminə qarşı mübarizə strategiyasını açıqlayıb. Onlar həmçinin ABŞ-Meksika sərhədindən daha az insanın keçdiyini və sərhəd divarının inşasına irəliləyişlərin olduğunu vurğulayır.

Qırğızıstan, Maynmar, Eritreya və Nigeriya vətəndaşlarının immiqrant vizası almaları məhdudlaşdırılıb. Bu viza ABŞ-da daimi olaraq yaşamaq istəyən insanlara verilir. Bu isə ailə üzvləri və ya iş yerləri tərəfindən sponsor olunan insanlar, həmçinin Müxtəliflik Vizası lotereya proqramında qalib gələn insanları əhatə edir. Dekabr ayında dünay boyu 40,666 nəfərə immiqrant vizası verilib.

Sudan və Tanzaniyada müxtəliflik vizası lotereyası onsuz da dayandırılıb. Dövlət Departamenti kompyuter lotereyası vasitəsinə dünya boyu 55 min insana müxətliflik vizası verir. Nigeriya və son beş il ərzində 50 mindən çox vətəndaşı ABŞ-a immiqrasiya etmiş ölkələr onsuz da lotereyada iştirak edə bilmir.

Qeyri-immiqrant vizalarla bağlı dəyişiklik olmayıb. Bu tip vizalar ABŞ-a müvəqqəti olaraq gələn insanlara verilir. Onlar arasında turistlər, ABŞ-a bisnes və ya tibbi müalicə məqsədilə gələn insanlar yer alır. Məsələn dekabr ayında dünya boyu 650,760 insana qeyri-immiqrant vizası verilib.

Daxili Təhlükəsizlik katibi vəzifəsini icra edən Çad Vulf deyib ki, Daxili Təhlükəsizlik departamentinin rəsmiləri bu ölkələrin təhlükəsizlik tələblərini yerinə yetirmələrinə yardım edəcək ki, onlar siyahıdan çıxarıla bilsin.

“Bu ölkələr yardım etmək istəyir, onlar doğru olanı etmək istəyir. Onların ABŞ-la münasibətləri var, amma müxtəlif səbəblərdən dolayı minimum tələbləri qarşılaya bilməyiblər”, Vulf deyib.