ABŞ 80 gündə İran əməliyyatına 85 milyard dollar xərcləyib

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərcləri 85 milyard dolları keçib.

Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Məlumata əsasən, əməliyyat başlayandan indiyədək 79 gün keçib və bu müddət ərzində ABŞ Prezidenti Donald Tramp administrasiyası 85 milyard dollardan çox vəsait xərcləyib.

Portalın hesablamalarına görə, məbləğə hərbi personalın saxlanılması, bölgəyə göndərilən hərbi gəmilər və digər əlaqəli əməliyyat xərcləri daxildir.

Bildirilir ki, bu rəqəm Pentaqonun maliyyə məsələləri üzrə müvəqqəti rəhbəri Jules Hurst tərəfindən daha əvvəl açıqlanan 29 milyard dollarlıq göstəricidən təxminən üç dəfə çoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.