ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqində bildirib.

“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyəni vacib tərəfdaş və müttəfiq sayır.

“Bu əlaqələri necə gücləndirə biləcəyimiz, qarşılıqlı müdafiənin necə təmin olunacağı barədə Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, – deyə Patrik Rayder bildirib. (APA)

Əvvəlki məqalə

Aksiyadan əvvəl Ermənistanda qalmış 26 erməninin Xankəndiyə keçməsinə şərait yaradılıb

Sonrakı məqalə

Rəşid Behbudov, Murtuz Ələsgərov və gənc Mübariz Tağıyev 40 il əvvəl –