ABŞ amerikalı jurnalistin Rusiyada həbsinə qarşılıq verəcək?- Bayden AÇIQLADI

ABŞ prezidenti Co Bayden “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin həbsinə cavab olaraq rusiyalı diplomatları ABŞ-dan qovmaq fikrində olmadığını bildirib.

Azpost.info xəbər verir ki, Beyden hazırda ABŞ-ın bunu nəzərdən keçirmədiyini deyib.

“İndiki mərhələdə belə planlar yoxdur”, – Bayden bildirib.

Qeyd edək ki, jurnalist martın 30-da Yekaterinburqda casusluq ittihamı ilə həbs edilib. Bunun ardınca “The Wall Street Journal” Baydenə müraciət edərək Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ABŞ-dan çıxarmağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz” –

Sonrakı məqalə

“Asiya hegemonluğa və hədə-qorxuya qəti şəkildə qarşı çıxmalıdır”