Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

ABŞ, Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzaladı

User 09 Avqust 2025 - 00:46 (Last updated: 09 Avqust 2025 - 01:02)
ilham imza esas02

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Sənəddə nələr var? 

Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi 99 ilə Amerika şirkətinə verilir.
Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları dayandırmağı, ticarət yollarını açmağı, diplomatik əlaqələr qurmağı və bir-birinin ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürür.
– 907-ci düzəliş dondurulub. ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırır.
-“Tramp yolu” Azərbaycanın Ermənistanın suverenliyinə tam hörmətlə yanaşaraq Naxçıvana çıxış əldə etməsinə imkan verəcək.

Ermənistan və Azərbaycan diplomatik münasibətləri bərpa etmək və hərbi qarşıdurmaya həmişəlik son qoymaq barədə razılığa gəliblər.

İlham Əliyev: “Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. Erməni və Azərbaycan xalqları gələcək nəsillər naminə barışmaq üçün güc tapacaqlar. Prezident Tramp Qafqaza sülh gətirdi və biz buna görə minnətdarıq”.

 Nikol Paşinyan: “Keçmiş keçmişdə qalır. Bugünkü bəyanatda Donald Trampın da imzası olacaq. Tariximizdə yeni səhifəyə başlayırıq”.

 

**

 

Azərbaycan,ABŞ və Ermənistan rəhbərlərinin birgə mətbuat konfransından:
Donald Tramp:
-Mənim üçün hamınızı Ağ Evdə salamlamaq böyük bir şərəfdir. Vaşinqtona bu tarixi manifesti imzalamaq üçün gəlmiş iki möhtəşəm lideri salamlayıram.
-Mən istəmədim, amma mənim üçün böyük bir şərəfdir ki, marşrut mənim adımı daşıyacaq.
-“Tramp Yolu “Azərbaycana, Ermənistanın suverenliyinə tam hörmətlə, Naxçıvana çıxış imkanı verəcək.
-Ermənistan bu dəhlizin inkişafı üçün ABŞ ilə istisna tərəfdaşlıq qurur və bu tərəfdaşlıq 99 ilə qədər uzadıla bilər.Amerika şirkətləri infrastrukturun inkişafına qoşulmaqda son dərəcə maraqlıdır.
-ABŞ Azərbaycanla hərbi əməkdaşlıq üzrə məhdudiyyətləri götürür(Azadlıq Dəstək Aktı”na aid 907-ci düzəlişin Azərbaycanla bağlı məhdudiyyətlərini dondurulur).
-Ermənistan və Azərbaycan hər cür hərbi əməliyyatları birdəfəlik dayandırmaq, ticarət, turizm və diplomatik münasibətləri açmaq, bir-birinin ərazi bütövlüyünə hörmət etmək öhdəliyini üzərinə götürür.
Onların çox yaxşı münasibətləri olacaq. Şübhə yoxdur, əgər olmasa — mənə zəng edin, hər şeyi düzəldərəm.
Prezident İlham Əliyev:
-Mən əminəm ki,erməni və azərbaycan xalqları gələcək nəsillər naminə barışmaq üçün güc tapacaqlar.
-Biz qarşıdurma səhifəsini çevirəcək və uşaqlarımıza parlaq gələcək təmin edəcəyik.
-İspaniya bu gün , tarixi gündür. Bu gün Qafqazda sülhü bərpa edirik. Prezident Tramp Qafqaza sülh gətirir.
Əgər Prezident Tramp olmasaydı, Ermənistan və Azərbaycan sonsuz danışıqlara davam edərdi.
-Mənim təklifim var: Paşinyanla razılaşaq, birlikdə Nobel Komitəsinə Donald Trampa mükafat verilməsi ilə bağlı müraciət edək.
Baş nazir Nikol Paşinyan:
-Ermənistan və Azərbaycan münasibətlərində böyük irəliləyiş Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı.
-Hamımızı, region ölkələrimizi, bütün dünyanı təbrik edirəm: bu sayədə dünya mütləq daha yaxşı olacaq.
-Sülh sazişinin imzalanması yeni bir dövr açacaq.
-Bu gün Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə mühüm mərhələni keçdik.
-Tramp Nobel Sülh Mükafatını haqq edir və biz bunu dəstəkləyirik.

AzPost.az

Post navigation

Previous: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik –
Next: Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb

Oxşar xəbərlər

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.