ABŞ Azərbaycan və Ermənistanı Minsk Qrupu ilə işləməyə çağırıb

Noyabrın 8-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə ABŞ Dövlət Departamenti Bakı və İrəvana ATƏT-in xətti də daxil olmaqla münaqişə ilə bağlı bütün qalan məsələləri həll etməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yazılı açıqlamasında bildirilib.

“Biz Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsi ilə bağlı bu və ya digər şəkildə həll olunmamış bütün məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq”, deyə açıqlamada bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saakaşvili penitensiar tibb müəssisəsində döyüldüyünü bildirib

Sonrakı məqalə

Göygöldə qadın qollarını kəsərək intihar edib