“ABŞ Belarusda dinc nümayişçilərə qarşı edilən zorakılığı pisləyir”.
Azpost.info-nun məlumatına görə, bu barədə Dövlət katibi Mayk Pompeo bəyanat verib.
ABŞ rəsmi Minski insan hüquqlarına hörmət etməyə, güc tətbiqindən çəkinməyə və saxlanılanları azad etməyə çağırıb.
“Belarusda keçirilən seçkilər azad olmayıb və ədalətsiz keçirilib. ABŞ avqustun 9-da seçkilərin keçirilməsi ilə bağlı ciddi şəkildə narahatdır”-deyə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.