ABŞ bu həftə Rusiyaya qarşı sanksiya tətbiq edəcək.
Azpost.info bildirir ki, bu barədə CNN-ə ABŞ administrasiyasındakı mənbə bildirib.
Məhdudlaşdırıcı tədbirlər müxalifətçi bloqer Aleksey Navalnının həbsi ilə əlaqəlidir.
Sanksiyalar Avropa İttifaqı ilə koordinasiyalı şəkildə tətbiq ediləcək.
CNN-in məlumatına görə, Amerika administrasiyası sanksiyaları vahid blok şəkilndə qoymağı müzakirə edir. Buraya Navalnı ilə bağlı vəziyyət və ABŞ hökumət təsisatlarına və şirkətlərinə Rusiya tərəfdən haker hucumları daxil edilib.