YAP-ın martda qurultayı olacaq? Rəhbərlikdən kimlər gedir? –YAP-çı deputatlar "partiyada bu söhbət var" dedilər

“Bizdə də belə bir informasiya var ki, yaxın zamanlarda YAP-ın növbəti qurultayı keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyi rəsmi olaraq qurultayla bağlı bizə heç nə deməyib”.

Azpost.info bu sözləri Etikxeber.az saytına açıqlamasında adının çəkilməsini istəməyən YAP-deputatlardan biri deyib. Onun sözlərinə görə, bu barədə rəsmi səviyyədə hələlik heç bir qərar yoxdur: “Amma qurultayın keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”–deyə, YAP-çı deputat sözlərinə əlavə edib.

O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb.

Sayt məsələ ilə bağlı YAP-ın daha 3 tanınmış və nufuzulu deputatı ilə əlaqə saxlayıb. YAP-çı deputatlardan biri qurultay məsələsini tam, digər ikisi qismən təkzib edib.  Onlar deyiblər ki,  nə qərar olacaqsa hamının da bundan xəbəri olacaq.

Qeyd edək ki, qurultay olacağı və baş tutacağı təqdirdə, YAP Siyasi Şurası və İdarə Heyəti üzvlərinin yarıdan çoxunun (hər iki Əli Həsənovun, Vaqif Əliyevin, Hacıbala Abutalıbovun, Nurlana Əliyevanın, Akif Əlizadənin, Siyavuş Novruzovun, Kərim Kərimovun, Ramiz Mehdiyevin, Yusif Hümbətovun, Nizami Xudiyevin, Abel Məhərrəmovun, Arif Rəhimzadənin, Oqtay Əsədovun, İsmət Abbasovun, Fatma Abdullazadənin, Abdin Fərzəliyevin, Misir Mərdanovun, Ağabəy Əsgərovun, Novruz Məmmədovun, Dilarə Seyidzadənin, Musa Musayevin, Yaqub Mahmudovun, Yaqub Əliyevin və digərlərinin) yeni simalarla əvəzlənəcəyi ehtimal olunur və gözlənilir.

Eyni zamanda, hakim partiyanın İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin, əvəzlənmələrin olacağı istisna edilmir. Belə ki, ötən ilin avqustunda məlum və məşhur toy qalmaqlından sonra YAP İcra katibinin iki müavinindən biri-parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov partiyadakı postundan istefa verməyə məcbur olmuş və onun yerinə heç kim təyinat almamışdı.

Bugünədək də onun vəzifəsinə, postuna heç kim təyin olunmayıb.

Xatırladaq ki, YAP-ın qurultaya gedəcəyi haqda məlumatı Gununsesi.info saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qorbaçov Putini sabiq sovet respublikaları ilə sülh bağlamağa çağırdı:

Sonrakı məqalə

ABŞ bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək