ABŞ oktyabrın əvvəlindən çiplərin və onların istehsalı üçün vasitələrin Çinə ixracına qoyulan qadağanı sərtləşdirməyə hazırlaşır.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb.
Söhbət yarımkeçiricilərin istehsalı üçün daha təkmil vasitələrə çıxışın məhdudlaşdırılmasından, eləcə də süni intellekt çiplərinin ixrac məhdudiyyətlərindəki bəzi boşluqların aradan qaldırılmasından gedir.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lyu Penyu deyib ki, Pekin ABŞ-ın milli təhlükəsizlik konsepsiyasının həddən artıq qiymətləndirilməsinə və Çin müəssisələrini özbaşına zəiflətmək üçün ixrac nəzarətindən sui-istifadəyə qəti şəkildə qarşı çıxır.
Azpost.info