Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ dəniz piyadaları Hörmüz boğazını tərk etdi

User 29 İyul 2026 - 13:54 (Last updated: 29 İyul 2026 - 13:54)
abs ordu

ABŞ-ın Hörmüz boğazı bölgəsinə göndərdiyi 31-ci Ekspedisiya Dəniz Piyada Bölməsi tapşırığını başa vuraraq Yaponiyanın Okinava adasındakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

AZPOST xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ hərbi komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, bölmə desant-hücum gəmisi USS Tripoli ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin Okinavanın Uruma şəhərində yerləşən White Beach bazasına çatıb.

Bildirilir ki, 31-ci Ekspedisiya Dəniz Piyada Bölməsinin hərbçiləri Hörmüz boğazı ətrafında İran limanlarının blokadası əməliyyatında iştirak ediblər. Onlar bölgədə hərəkət edən bəzi gəmilərə baxış keçirmək üçün desant əməliyyatları da həyata keçiriblər.

USS Tripoli gəmisində ümumilikdə 3,5 minə yaxın dəniz piyadası və hərbi dənizçi olub. Daha əvvəl bu qüvvələrin zərurət yaranacağı təqdirdə, beşinci nəsil F-35B qırıcılarının dəstəyi ilə Hörmüz boğazındakı strateji əhəmiyyətli İran adalarından birinə mümkün desant əməliyyatında iştirak edə biləcəyi bildirilirdi.

Məlumata görə, USS Tripoli gəmisinin bundan sonra Yaponiyanın Kyuşu adasında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Sasebo bazasına qayıtması gözlənilir.

Bununla yanaşı, ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunu davam etdirdiyi vurğulanır. Hazırda bölgədə iki zərbə aviadaşıyıcı qrupu da daxil olmaqla geniş ABŞ hərbi kontingenti yerləşdirilib.

AzPost.az

Post navigation

Previous: Ukrayna və İrandakı münaqişələr qlobal müharibəyə çevrilə bilər –
Next: 92 və 202 nömrəli marşrutların hərəkəti müvəqqəti dəyişdirilir

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.88 dollar...
Read more about Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.