ABŞ-da 3 yaşlı qız bacısını güllələyib

ABŞ-ın Texas ştatının Ostin şəhərində 3 yaşlı qız təsadüfən 4 yaşlı bacısını güllələyib.

Azpost.info xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, qızlar valideynlərinin nəzarəti olmadan otaqda tək qalıblar. Valideynlər böyük bacının bir müddət kiçik bacıya baxa biləcəyini düşünüblər. Üç yaşlı qız evdən dolu tapança tapıb və bacısına bir dəfə atəş açıb.

Azyaşlı bacı güllə yarasından yerindəcə keçinib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və DİN-dən

Sonrakı məqalə

Saatlıda etiraz aksiysında polisə tabe olmayan bir qrup şəxs saxlanılıb –