ABŞ-da avtomobil yarışları zamanı qəza baş verib –2 uşaq ölüb, 8 nəfər yaralanıb

ABŞ-ın Texas ştatında Kervill şəhərində düz xətt üzrə “Drag racing” avtomobil yarışı faciə ilə sona çatıb.

Bu barədə yerli polis məlumat yayıb.

Şəhər hava limanının uçuş-enmə zolağında keçirilən tədbir zamanı rəqiblərdən birinin avtomobili idarəetməni itirərək yaxınlıqda dayanmış tamaşaçıların avtomobillərinə çırpılıb.

Qəza nəticəsində 6 yaşlı uşaq yerindəcə ölüb, 8 yaşlı uşaq isə Kervilldəki “Peterson” Regional Tibb Mərkəzinə aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Daha 8 nəfərin yaralandığı bildirilib. Yaralılardan iki kişi və iki qadının xəsarətləri ağır olduğundan təyyarə ilə yerli xəstəxanalara çatdırılıb. (APA)

Polis hadisənin səbəblərini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu